12px13px15px17px
Tarix:30/06/15

Nüfuzlu İT liderləri yeniyetməlik dövründə nə ilə məşğul olub? (FOTOLAR)

İnternetdən istifadə edən indiki uşaqlar artıq 8 yaşından milyonlar qazanır. Uğur əldə etmiş bir çox insanlar erkən yaşlarından sərvətə sahiblənib. Məsələn, Uorren Baffet gənclik illərində bir neçə işdə işləyib və 16 yaşında 53 min dollar varidata malik olub. Bəs indiki nüfuzlu İT liderləri yeniyetməlik illərində nə ilə məşğul olub? Məsələn, Elon Mask videooyunlar yaradıb, Mark Kyuban marka satışı ilə məşğul olub.
 
Bill Qeyts proqramlaşdırmanı öyrənib




 


"Microsoft" korporasiyasının qurucusu gənclik illərini Siettldə gölün sahilində yerləşən nüfuzlu "Lakeside Upper School" hazırlıq məktəbində keçirib. Orda ilk proqramını yazıb və proqramlaşdırmaya olan sevgisini aşkar edib.

Artıq 15 yaşında Bill Qeyts kurs yoldaşı Pol Allen ilə birgə ilk biznesini "Traf-O-Data" rayonunda trafikin izlənilməsi üçün alətini işə salıb.

Məktəbi bitirdikdən sonra Qeyts Harvard Universitetinə daxil olub, amma 1975-ci ildə universiteti ataraq "Microsoft" şirkətini inkişaf etdirməyə başlayıb və nəticədə dünyanın ən zəngin insanlarından biridir.
 
Mark Zukerberq internet xidmətləri yaradıb






"Facebook"un qurucusu erkən yaşlarından proqramlaşdırma ilə maraqlanıb. 12 yaşı olduqda atasının stomatoloji şirkəti üçün şirkət daxili messencer yaradıb.

Nüfuzlu Fillips - Ekseter Akademiyasına daxil olmuş Mark musiqi striminq platforması yaradıb və bu, "AOL" və "Microsoft" şirkətlərinin diqqətini cəlb edib. Amma onların təklifindən imtina edib.

Harvardda təhsil alan Zukerberq "Facebook" layihəsini birbaşa otağından inkişaf etdirib. İkinci kursu buraxan gənc bütün vaxtını öz layihəsini həsr etməyə qərar verib.
 
Elon Mask kompüter oyunları yaradıb


 




"Tesla" və "SpaceX" şirkətlərinin baş direktoru Elon Mask 10 yaşında  kompüterdən istifadəyə başlayıb. Artıq 2 il sonra "Blastar" adlı öz kosmik oyununun kodunu yazıb.

Cənubi Afrikada nüfuzlu məktəbi bitirmiş Elon Mask Kanadaya köçüb və Kuins Universitetinə daxil olub, daha sonra Pensilvaniya Universitetinin nəzdində Uorton Biznes məktəbində təhsil alıb.
 
Mark Kyuban zibil kisələri satırdı







Milyarder, investor və sahibkar Mark Kyuban 12 yaşında karyerasına başlayıb. O, zibil paketlərinin satışı ilə məşğul olub. Amma bu, yalnız başlanğıc idi. O, məktəbdə marka və sikkə satışı ilə məşğul olub.
Məktəbi bitirdikdən sonra Pittsburq Universitetinə daxil olub, oradan da İndiana Universitetinə keçib. Kyuban təhsil haqqını ödəmək üçün orada öz sahibkar bacarıqlarından istifadə edib.
 
Riçard Brenson 17 yaşında ilk biznesini təsis edib








1968-ci ildə 17 yaşlı Riçard Brenson "Student" adlı şəxsi jurnalını çıxarıb. İlk buraxılışda reklamdan 8 min dollar qazanıb.

O, iki il sonra poçt çatdırılması ilə plastinka satışına başlayıb. Bu biznes əvvəlcə mağaza yaradılması ilə nəticələnib, daha sonra səsyazma studiyasına çevrilib və bu gün "Virgin Records" kimi tanınır.

Emil Hüseynov
 
 
 
 
 
 



Baxış sayı: 606

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024