12px13px15px17px
Tarix:01/07/15

“iOS” və “Windows Phone” sistemləri Avropada mövqeyini möhkəmlədir

“Kantar Worldpanel ComTech” analitik şirkəti dünya smartfonlar bazarında vəziyyəti xarakterizə edən yeni rəqəmlər açıqlayıb. Mütəxəssislər “iOS” və “Windows Phone” mobil əməliyyat sistemlərinin Avropada mövqeyinin möhkəmlənməsinə diqqət çəkir.
 
Ekspertlərin qiymətləndirməsinə görə, 2015-ci ilin mart-mayında Avropa sakinlərinin əldə etdiyi smartfonların 18,7 faizi “iPhone” ailəsinə aid olub, halbuki bir il əvvəl bu göstərici 16,3 faiz təşkil edib. “Windows Phone”un payı 1,5 faiz bənd - 9,5 faizədək yüksəlib. “Android”in iştirak göstəricisi, əksinə, bu müddət ərzində 73,7 faizdən 70,8 faizədək azalıb. Lakin burada söhbət Avropanın beş böyük ölkəsindən - İspaniya, İtaliya, Fransa, Böyük Britaniya və Almaniyadan gedir.
 
“Android”in mövqeyi daha çox Almaniya və İtaliyada zəifləməyə başlayıb. Burada mobil platformanın 2015-ci ilin mayında başa çatmış üçaylıq dövrün yekunları üzrə satış payı müvafiq olaraq 52,5 və 70,78 faiz təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,5 və 4,8 faiz bənd azdır.
 
“Google” şirkətinə məxsus platformanın uğursuzluğu “Windows Phone”nun uğur qazanması ilə izah edilir. Bu məhsul İtaliyanın smartfon bazarında 13,9 faizlik paya sahib olmaqla "iOS” sistemini (13,8 faiz) üstələyib. Bundan başqa, “Windows Phone” Almaniya (burada sistemin payı mart-mayda 1,5 faiz bənd artıb), Böyük Britaniya (+0,8 faiz bənd) və Fransada (+0,9 faiz bənd) möhkəmlənib. Yalnız İspaniyada “Microsoft” korporasiyasına məxsus sistemin populyarlığı zəifləməklə pay ifadəsində 3 faiz bənd - 2,4 faizədək aşağı düşüb.
 
Mütəxəssislərin fikrincə, “Windows Phone”nun artan payı satışa yeni "Lumia 640” və “Lumia 640 XL” modellərinin çıxarılması, eləcə də yüksək sinifli qurğular bazarının mövsümi azalması ilə əlaqədardır.
 
Çində “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən çoxsaylı ucuz qurğu istehsalçılarının olmasına baxmayaraq burada sistemin mart-mayda smartfonların ümumi satış həcmində payı 5,5 faiz bənd - 76,8 faizədək azalıb. "iOS” göstəricisi 6,5 faiz bənd (21,5 faizədək) artıb, “Windows Phone”a Çində tələbat hələ də zəif (1 faiz) olaraq qalır.
 
“Kantar Worldpanel ComTech” statistikasından o da məlum olub ki, “iPhone” ABŞ bazarında pis satılmağa başlayıb. Hesabat dövründə “iOS” sistemli qurğuların yerli smartfon bazarının ümumi həcmində payı il ərzində 33,3 faizdən 30,9 faizədək azalıb. "Android” və “Windows Phone”nun payı müvafiq olaraq 2,8 və 0,6 faiz bənd artıb, - "DailyComm” yazır.  




Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024