12px13px15px17px
Tarix:01/07/15

“Google” axtarış nəticələrini manipulyasiya edir

Yeni tədqiqata əsasən, “Google” şirkəti düşünülmüş şəkildə axtarış nəticələri ilə manipulyasiya edir. “Slideshare.net” saytında dərc edilmiş materialda sübutlar göstərilir  ki, axtarış nəhəngi öz rəqiblərinə maneə yaradır, həmçinin internet istifadəçilərinin seçim azadlığını məhdudlaşdırır.
 
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “Google”un rəqibi “Yelp” axtarış sistemi tərəfindən maliyyələşdirilmiş tədqiqata əsasən, “Google” axtarış nəticələrini bilərəkdən təhrif edərək rəqibləri üzərində üstünlüyə nail olmaq üçün öz xidmətlərini irəli çəkir. Tədqiqatçılar bildirir ki, belə təcrübə yalnız antiinhisar qanunvericiliyini pozmur, həmçinin internetin istifadəçilərinə zərər vurur.
 
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, “Google” rəqiblərinin bazarda üstün mövqelərdən kənarlaşdırılması siyasətini həyata keçirir.
 
Emil Hüseynov



Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024