12px13px15px17px
Tarix:01/07/15

Elektron kənd təsərrüfatı bölgələrdə təşviq olunur

Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin yaradılması və inkişaf etdirilməsi kənd təsərrüfatı ilində görülən ən vacib işlərdən biridir.

Bu barədə Quba rayonunda keçirilən zona müşavirəsində bildirilib. Məlumatların elektron bazasının yaradılması, heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, arıxanaların qeydiyyatının aparılması və digər məsələlərlə bağlı reallaşdırılan müşavirədə ölkədə həyata keçirilən elektron hökumət və onun bir komponenti olan elektron kənd təsərrüfatı layihəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.
 
 
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Əbdüləliyev 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən, e-kənd istiqamətində görülən işlərdən, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yollarından, yem istehsalının tələbata uyğun təşkilindən, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkilindən və arıçılığın daha da inkişaf etdirilməsindən geniş məruzə ilə çıxış edib.
 
Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz və Xızı  rayonlarından olan kənd təsərrüfatı iştirakçılarının iştirak etdiyi müşavirədə əhalini maraqlandıran suallara cavab verilib və elektron xidmətlərdən istifadə istiqamətində maarifləndirici çıxışlar edilib.
 
 
Qeyd edək ki, zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat, Baytarlıq Elmi-Tədqiqat, Yemçilik, Çəmənçilik və Otlaqlar Elmi-Tədqiqat institutlarının və Göygöl Süni Mayalama Mərkəzinin direktorlarının heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinə dair təqdimatları və  çıxışları da olub.
 
 
SEYMUR
 



Baxış sayı: 460

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024