12px13px15px17px
Tarix:01/07/15

“Microsoft” şirkəti Azərbaycanda piratçılığın səviyyəsini kəskin azalda biləcək təşəbbüslə çıxış etmək niyyətindədir

“Microsoft-Azərbaycan” şirkəti Müəllif Hüquqları Agentliyi ilə birgə dövlət satınalmaları çərçivəsində alınan İT avadanlıqla bağlı təşəbbüslə çıxış etmək niyyətindədir.
 
Şirkətin rəhbəri Rüfət Hacıəlibəyovun “ICTnews” xəbər xidmətinə verdiyi  məlumata əsasən, dövlət qurumlarının tam lisenziyalı proqram təminatına keçidini təmin etmək məqsədi ilə, şirkət Müəllif Hüquqları Agentliyi ilə birgə dövlət qurumlarının mütləq şəkildə lisenziyalı proqram təminatı ilə təchiz edilmiş kompüterlərin alınması  təşəbbüsü ilə çıxış etmək niyyətindədir.
 
Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, bu gün Azərbaycanda hətta dövlət qurumları proqram təminatı olmayan kompüterlər sifariş edir və nəticədə, misal üçün, hər 100 kompüterə beş lisenziyalı proqram təminatı almaqla kifayətlənirlər  ki, xərclərinə qənaət etsinlər. Belə halların mövcudluğu isə ölkədə piratçılığın qarşısının alınmasına və informasiya təhlükəsizliyinin təmin edilməsinə maneə törədir.
 
Aynur Vəliyeva



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024