12px13px15px17px
Tarix:02/07/15

Nazirin elmi rəhbəri olduğu dissertasiya işi müvəffəqiyyətlə müdafiə olunub

Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun rəhbərliyi ilə koqnitiv texnologiyalar üzrə dissertasiya işi müvəffəqiyyətlə müdafiə olunaraq  Respublika Ali Attestasiya Komissiyası (AAK) tərəfindən təsdiq edilib.   
 
“Telekommunikasiya şirkətlərinin açar idarəedici kompetensiyalarının identifikasiyasının üsul və modelləri” mövzusunda  dissertasiya işi AMEA İdarəetmə Sistemləri İnstitutunda dissertant İslam Səfərli tərəfindən müdafiə olunub.
 
 
Belə ki, dissertant  tərəfindən işlənmiş üsul və modellərin əsasını koqnitiv texnologiyaların ideya və instrumental vasitələri təşkil edir.
 
Qeyd edək ki, dissertasiya işinin elmi məsləhətçisi Robert Qarayevdir. 
 
Bu,  Azərbaycanda koqnitiv texnologiyalar üzrə müdafiə olunan ikinci elmi işdir.
 
Respublikada koqnitiv texnologiyalar üzrə birinci iş 2004-cü ildə yerinə yetirilib. Bu işin də elmi rəhbəri akademik  Əli Abbasov olub.
 
Məlumat üçün bildirək ki, ABŞ Milli Elm Fondu tərəfindən koqnitiv texnologiyalar bio, nano və informasiya texnologiyaları ilə yanaşı, gələcək 50 il dünya elminin əsas trendlərinə aid edilir.  
 
 
Koqnitiv texnologiyalar mürəkkəb (zəif strukturlu) obyektlərin modelləşdirilməsi və idarə olunmasında yeni mərhələ açır.
 
Deterministik,  ehtimal və qeyri-səlis xarakterli ənənəvi obyektlərdən fərqli olaraq belə tipli obyektlər müasir dünya obyektlərinin dominant sinfini təşkil edir.
 
 
 
 
 
 
 
 
 



Baxış sayı: 1029

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024