12px13px15px17px
Tarix:02/07/15

Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib

Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib.

 "iOS" və "Android" əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulan mobil tətbiqi "App Store" və "Google play" mağazalarından yükləmək olar.

Bu tətbiq vasitəsi ilə istifadəçilər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat əldə edə, Mərkəzlə bağlı ən son xəbərləri izləyə, tədbirlər və sərgilər haqqında informasiya ala bilər.
 

Mobil tətbiq, həmçinin Mərkəzdəki sərgi və konsertlərə onlayn bilet almaq üçün imkanlar yaradır.

Belə ki, bu tətbiqdə "E-bilet" bölməsində Mərkəzdə təşkil olunan sərgi və konsertlərə bilet almaq olar. Hər bir istifadəçinin aldığı bilet "Biletlərim" yarımbölməsində toplanır, eyni zamanda həmin şəxsin elektron ünvanına təsdiq məktubu gəlir.

İstifadəçi (tamaşaçı) tədbirə gələrkən mobil tətbiqə vasitəsi ilə alınan bileti mobil telefonundan (və ya elektron ünvanına gələn bileti çap edərək) nəzarətçiyə təqdim edə bilər.
 





Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024