12px13px15px17px
Tarix:03/07/15

Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik prinsipi tətbiq olunacaq

Azərbaycanda İKT-nin imkanlarından yararlanmaqla mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik prinsipinin tətbiqi, torpaq idarəçiliyinin təkmilləşdirilməsi və konstitusiyada əks olunmuş mülkiyyət növləri üzrə sərhədlərin dəqiqləşdirilməsi nəzərdə tutulub.
 
“ICTnews.az”ın məlumatına görə, bu barədə  Əmlak Məsələləri Dövlət Komitəsinin aparat rəhbəri Azər Bəşirov məlumat verib.
 
 “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində müasir yanaşmaların və yeni idarəetmə mexanizmlərinin tətbiqi” mövzusunda keçirilən respublika üzrə İşgüzar Forumda A.Bəşirov bildirib ki, forumun məqsədi torpaq münasibətlərinin idarə edilməsi və tənzimlənməsində elektron xidmətlərin, e-hökumətin üstünlüklərini təbliğ etmək, eləcə də torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, təyinatı üzrə istifadəsi və torpaq bazarının təşkilində komitənin fəaliyyətini aidiyyəti dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.
 
 
Daha sonra forumda dövlət idarəetməsi və torpaq bazarının təşkili ilə bağlı təqdimat təqdim edilib, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində yeni prinsiplər və mexanizmlər barədə ətraflı məlumat verilib.
 
 
Forum qarşılıqlı müzakirələrlə davam edib. Yekunda komitə ilə digər əlaqəli qurumların birgə fəaliyyəti istiqamətində həyata keçiriləcək zəruri tədbirlər nəzərdən keçirilib. Qeyd olunub ki, komitə ilə bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası torpaqların dövlət idarəetməsi, səmərəli istifadə və nəzarət, torpaq bazarının təşkili sahəsinə öz töhfəsini verəcək.
 
Effektiv idarəetmə metodlarının və müasir yanaşmaların kompleks tətbiqinə müsbət təsir göstərəcək.
 
Torpaq münasibətlərinin tənzimlənməsində və mülkiyyət hüquqlarının təmin olunmasında dövlət və vətəndaş mənafelərinin qorunması təmin ediləcək.
 
 
 
SEYMUR



Baxış sayı: 511

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024