12px13px15px17px
Tarix:07/07/15

Yeni Zelandiyada internetdə təhqirə görə cinayət məsuliyyəti tətbiq ediləcək

Yeni Zelandiya parlamenti internetdə hədə-qorxunu şantaj və fiziki təzyiqə cəhdlə eyniləşdirmək barədə qərar qəbul edib.  
 
Bundan sonra istifadəçiləri internetdə qorxudanlar cinayət məsuliyyəti daşıyacaq. Qanunvericiliklə insanlara irqçi və ya cinsi ayrı-seçkilik, eləcə də dinin, seksual oriyentasiyanın və insanın əlilliyinin təhqir olunması ilə bağlı məlumatların göndərilməsi qadağan edilir. Belə məlumatları göndərənlərin təqsiri sübut ediləcəyi halda onları iki ilədək həbs cəzası gözləyir.
 
Yeni Zelandiya hökuməti həmçinin yeni rəqəmli agentlik yaratmağı planlaşdırır. Agentliyin istifadəçilərin şikayətlərinə baxacağı və bütün populyar sosial şəbəkələri, o cümlədən "Twitter” və “Facebook” şəbəkələrini izləməsi ilə məşğul olacağı qeyd edilir, - “Qazeta” yazır.



Baxış sayı: 545

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024