12px13px15px17px
Tarix:12/09/11

Müstəqilliyin 20 illiyi münasibətilə yeni rabitə obyektləri istifadəyə veriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC təşkilatı tərəfindən 18 Oktyabr Dövlət Müstəqilliyinin 20-ci ili münasibətilə geniş tədbirlər planı hazırlanıb.

Müəssisədən verilən məlumatda bildirilir ki, geniş tədbirlər planında yeni rabitə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulub. Belə ki, əlamətdar gün münasibətilə Abşeron Poçt Filialının (PF) Saray 1 poçt şöbəsi (PŞ), Göygöl PF Hacıməlik PŞ, Mollacəlilli PŞ, Tərtər PF İrəvanlı PŞ, Evoğlu PŞ, Xocalı PF Xankəndi poçt şöbələrinin sakinlərin istifadəsinə verilməsi gözlənilir.

Qeyd edək ki, bu gün “Azərpoçt” MMC nəhəng xidmət şəbəkəsinə malik olmaqla 1600 poçt şöbəsi vasitəsilə əhaliyə xidmət göstərir.



Baxış sayı: 1452

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

23 02 2020