12px13px15px17px
Tarix:07/07/15

Azərbaycanlı və yapon İT mütəxəssislər CVSS-in yeni azərbaycandilli 3.0 versiyasını hazırlayıb

Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.GOV.AZ) CVSS-in (Common Vulnerability Scoring System) yeni azərbaycandilli 3.0 versiyasını təqdim edib.
 
 
Mərkəzdən verilən məlumata görə, CERT.GOV.AZ boşluqların qiymətləndirilməsi metriksi olan CVSS-in yeni azərbaycandilli 3.0 versiyasını Yaponiyanın İT mütəxəssisləri ilə birlikdə hazırlayıb.
 
 
CVSS metriksi informasiya sistemlərindəki boşluqların informasiya sistemləri arxitekturasında yerini və boşluğun həmin arxitekturadakı funksionallığını nəzərə almaqla boşluğun host təşkilata xas təhlükəsizlik səviyyəsini müəyyən etmək, eləcə də risk faktorunu qiymətləndirmək üçün dizayn edilmiş xüsusi kalkulyator qiymətləndirmə sistemidir.
 
 
CVSS - 3.0 versiyalı metriksdən aşağıdakı keçidlər vasitəsi ilə yararlanmaq mümkündür:
 
http://jvnrss.ise.chuo-u.ac.jp/jtg/cvss/az/CVSSv3.html
http://jvnrss.ise.chuo-u.ac.jp/jtg/cvss/az/v3.html
 
 
CAHANGİR
 
 



Baxış sayı: 613

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024