12px13px15px17px
Tarix:08/07/15

Braziliyada inanclı insanlar üçün sosial şəbəkə populyarlaşır

Braziliyada iyunda xristianlar tərəfindən işə salınmış “Facegloria” sosial şəbəkəsi populyarlıq qazanıb. Hazırda sözügedən sosial şəbəkənin istifadəçilərinin sayı 100 min nəfəri ötüb.
 
“BBC” yazır ki, “Facegloria” sosial şəbəkəsində 600-dən çox müxtəlif söyüşdən istifadə etmək, həmçinin erotik və homoseksual məzmunun dərci qadağandır. Bundan başqa, ənənəvi "Bəyənmək" düyməsi "Amin" düyməsi ilə əvəzlənib.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, "Facebook sosial şəbəkəsində xeyli zorakılıq və pornoqrafiyaya rast gəlmək olar. Buna görə biz Allah, sevgi haqda danışılacaq sosial şəbəkə yaratmağa qərar verdik" – “Facegloria” sosial şəbəkəsinin veb dizayneri və həmtəsisçisi Atill Barroşa deyib.
 
İndi “Facegloria” yalnız portuqal dilini dəstəkləyir, ancaq sosial şəbəkənin tərtibatçıları başqa dillərin dəstəyini əlavə etməyi və mobil proqramı yaratmağı planlaşdırır.
 
Emil Hüseynov
 

 



Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024