12px13px15px17px
Tarix:09/07/15

Reyestrlərdə qeydiyyata alınan informasiya ehtiyatı və fərdi məlumatların informasiya sistemlərinin sayı bəlli olub

İyulun 1-dək 248 dövlət informasiya ehtiyatı və fərdi məlumatların informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınıb.
 
 “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu statistik göstərici “Elektron hökumət” portalının iyul sayında verilib.
 
Reyestrlərdə qeydiyyata alınan dövlət informasiya ehtiyatlarının sayı 82, fərdi məlumatların informasiya sistemlərinin sayı 166 olub.
 
Qeyd edək ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanında da öz əksini tapıb.
 
CAHANGİR



Baxış sayı: 819

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024