12px13px15px17px
Tarix:10/07/15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 5 elektron xidmətindən bir ayda 185 mindən çox istifadə olunub

İyun ayında “Elektron hökumət” portalında ən çox istifadə olunan elektron xidmətlərdən 5-i Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin payına düşüb.
 
Nazirliyin ən çox müraciət edilən e-xidmətləri “Telefon nömrəsi üzrə axtarış”, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI qeydiyyatının yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətləri olub.
 
İstifadəçilər adıçəkilən xidmətlərdən müvafiq olaraq 65102, 41778, 29179, 29016 və 20931 dəfə istifadə ediblər. Ümumilikdə 186006 istifadə sayı qeydə alınıb.
 
Hazırda “Elektron hökumət” portalına Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 35 elektron xidməti inteqrasiya olunub. RYTN-in öz internet səhifəsində 26 elektron xidmət yerləşdirilib.
 
CAHANGİR
 



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024