12px13px15px17px
Tarix:10/07/15

Azərbaycana Misirdən hədiyyə olunan kitabların elektron bazası yaradılır

Cari ilin fevralında Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi AMEA Əlyazmalar İnstitutunun qonağı olan zaman bu iki qurum arasında əməkdaşlığın yaradılması ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
 
Bu əməkdaşlığın nəticəsi kimi Misir Mədəniyyət Mərkəzi ərəb dilində beş min adda kitabın elektron versiyasını Əlyazmalar İnstitutuna hədiyyə edib.
 
 
Həmin kitablar islam tarixinə və ərəb ədəbiyyatına dair əsərlər, eləcə də ayrı-ayrı ensiklopediyalar və poeziya toplularıdır. AMEA-dan bildirilib ki, təqdim olunan nəşrlər arasında ərəb mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Cübran Xəlil Cübranın ingilis dilində yazdığı əsərlərinin ərəb dilinə tərcümələri, eləcə də Avropa ədəbiyyatından bir sıra digər tərcümələr də var.
 
Hazırda Əlyazmalar İnstitutunda həmin kitabların elektron bazasının yaradılması prosesi həyata keçirilir.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 563

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024