12px13px15px17px
Tarix:10/07/15

Yeni Zelandiyada özəl kosmodrom tikiləcək

Yeni Zelandiyada kommersiya peyklərinin buraxılışı üçün dünyanın ilk özəl kosmodromunun inşası planlaşdırılır. İlk “3D” çap edilmiş batareya raket mühərriki hazırlayan “Rocket Lab” şirkəti Kraystçerç şəhəri yaxınlığında yeni start meydançasının tikintisi ilə bağlı planlarını açıqlayıb.
 
 
Şirkət nümayəndələrinin fikrincə, daimi meydançanın tikintisi peyklərin buraxılışının sayını artırmağa imkan verməklə onların son buraxılış qiymətini xeyli azaldacaq.
 
“Dövlət meydançalarından buraxılışların həyata keçirilməsi bir neçə milyard dollar vəsait tələb edir. Özəl kosmodromun mövcud olması buraxılış üçün xərcləri azaltmaqla yanaşı, kosmik layihələrlə məşğul olmaq istəyənlər üçün imkanlar yaradacaq”, - "Rocket Lab” şirkətinin icraçı direktoru Piter Bek bildirib.
 
Şirkət kosmodromdan ildə hər birinin dəyəri 5 milyon dollar olmaqla 100 buraxılış həyata keçirməyi planlaşdırır.
 
İşlər plan üzrə gedəcəyi təqdirdə yeni start meydançasının istismarına bu ilin sonunda başlamaq nəzərdə tutulur, - "Hi-News yazır. 



Baxış sayı: 657

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024