12px13px15px17px
Tarix:10/07/15

2024-cü ildə elastik ekranlar bazarda gəlirin 15 faizini təmin edəcək

“IHS” tədqiqat şirkətinin analitikləri hesab edirlər ki, zaman keçdikcə elastik ekranlar gəlir nöqteyi-nəzərindən ekran bazarının daha mühüm seqmentinə çevrilir.

Ekspertlərin proqnozuna görə, 2024-cü ildə bu məhsul ekran bazarında ümumi gəlirin 15 faizini təmin edəcək.

Elastik ekran istehsalın həcminin artımı ilə əlaqədar gözlənilir ki, proqnozlaşdırılan dövrdə bu tip ekranların satış həcmi ildə orta hesabla 44 faiz yüksələcək və 9 il sonra 23 milyard ABŞ dollarına yaxınlaşacaq.


"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IHS”-in analitiki Cerri Kan hesab edir ki, son il ərzində istehsal texnologiyaları xeyli təkmilləşdirilib və yaxın vaxtlarda şirkətlər elastik ekranların buraxılışı üzrə istehsal obyektlərinin fəaliyyətini genişləndirməyə başlayacaq.


Artıq indi müxtəlif cihazlarda yüngül, nazik və sınmayan elastik ekranlar istifadə olunur. Belə ki, “LG Electronics” və “Samsung Electronics” şirkətləri öz qabaqcıl smartfonlarını belə ekranlarla təchiz edir. Bundan başqa, elastik “OLED” panellər daşınan elektronikada tətbiq edilə bilər.


Emil Hüseynov



Baxış sayı: 563

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024