12px13px15px17px
Tarix:11/07/15

Yaponiyada insan orqanlarının plastik surətlərinin ucuz “3D” çap üsulu hazırlanıb

Yaponiyanın Sukuba Universitetinin alimləri “Dai Nippon Printing” şirkəti ilə birlikdə insan orqanlarının dəqiq plastik surətlərini hazırda ərsəyə gətiriləndən daha ucuz qiymətə yaratmağa imkan verəcək ən yeni “3D” çap üsulu hazırlayıblar. Yeni üsul həmçinin bütün ölçüdə şişləri “çap” etməyə imkan verəcək ki, həkim müalicə və ya əməliyyat zamanı işdən daha yaxşı məlumatlı olsun.
 
Bu, tibb işçilərinə xəstələrə təkcə onların xəstəliklərinin kökünü göstərməyə deyil, həm də belə bədxassəli şişlərin əməliyyat edilməsi üçün praktika keçməyə şərait yaradacaq. “Məsələn, həkim mədəaltı vəzinin xərçəng şişini mədəaltını “çap” etmədən və bununla xeyli vəsaitə qənaət etməklə yarada bilər”, - “Dai Nippon Printing” mütəxəssisləri bildirib. Onların fikrincə, bu, həmçinin əməliyyatın simulyasiyasını xeyli asanlaşdıracaq, xəstələrdə müalicə haqqında daha geniş təsəvvür yaradacaq.
 
“3D” printerdə yaradılan insan orqanlarının surətlərindən artıq bir neçə ildir müasir tibdə istifadə olunur, lakin onların qiyməti bir neçə min dollar təşkil edir. Yaponiya alimlər tərəfindən təklif edilən üsul, məsələn, qaraciyərin surətini 300-400 yenə (2,5-3,3 min dollar) çap etməyə imkan verir ki, bu da əvvəllər istifadə olunan texnologiyalardan təxminən üç dəfə ucuzdur. Xərclər erqonomik yanaşma və istifadə edilən materialla qənaət sayəsində azalır. Bir orqanın yaradılması üçün bir həftəyə yaxın tələb olunur. Texnologiyaların hazırkı səviyyəsi hələ ki vaxtı azaltmağa imkan vermir. Yeni üsulun kütləvi tətbiqinə növbəti ildən başlanması gözlənilir, - “TASS”  yazır.



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024