12px13px15px17px
Tarix:13/07/15

E-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model işlənilib

E-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model işlənilib, nitq siqnallarından küyə dayanıqlı əlamətlərin çıxarılması üçün empirik veyvlet çevirməsi əsasında metod təklif olunub.
 
Kompüter şəbəkələrinin inkişaf trendləri və müasir şəbəkə təhlükəsizliyi trendləri analiz edilib, şəbəkə trafikinin klasterizasiyası üçün metod işlənilib, həmçinin e-dövlət mühitində təşkilatın informasiya təhlükəsizliyi mədəniyyəti üçün konseptual model təklif edilib və bu modelin komponentlərinin formalaşdırılması istiqamətində bir sıra aktual problemlər müəyyən edilib.
 
Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin 2015-ci ilin I yarısı üzrə hesabatını təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev məlumat verib.
 
İTİ-dən bildirilib ki, şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işləri də diqqətə çatdırıb və bu istiqamətdə 2 qrant layihəsi üzrə tədqiqatların aparıldığını deyib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 627

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024