12px13px15px17px
Tarix:13/07/15

İnternet mağazanın uğuru mobil əlavədən asılıdır

İnternet mağazaları saytlarının və mobil əlavələrinin strukturu müştərilərin məmnunluğu, loyallığı və onların alış-verişinin məbləği ilə sıx bağlıdır. Bu barədə “AppDynamics” şirkətinin yeni tədqiqatında deyilir.
 
Mobil əlavələr istehlakçıların həyatında mühüm rol oynamağa başlayıb. Tədqiqat zamanı rəyi soruşulanların 70 faizi alış-verişin dörddə bir hissəsini internetdə etdiyini bildirib. Onların 20 faizi isə alış-verişi işdə kompüter qarşısında oturmaqla mobil telefondan həyata keçirir.
 
Sürətli və intuitiv başa düşülən əlavələr istifadəçilərin seçilmiş brendlərin kimdən və hansı məbləğə almasını müəyyənləşdirir. İstehlakçıların üçdə bir hissəsi bildirib ki, mobil əlavələrin strukturu onlarda mal satan haqqında təsəvvür yaradır. Bundan başqa, respondentlərin 67 faizi mobil əlavədən istifadədə mənfi təcrübə qazanan şirkətlərlə alış-veriş etməyəcəyini qeyd edib.
 
“Texnologiyalar son onilliklərdə pərakəndə satışı xeyli dəyişib, proqram təminatı hazırda biznesin uğurunun müəyyənləşdirilməsində əsas rol oynayır. Gəlirlər və reputasiya müştərilərin mobil əlavələrlə əlaqəsindən çox asılıdır”, - “AppDynamics” baş direktoru Cioti Bansal bildirib, - “Payspacemagazine” yazır.



Baxış sayı: 591

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024