12px13px15px17px
Tarix:14/07/15

Rəqəmli bankçılıq kibercinayətkarlığın artmasına səbəb olur

Mobil və internet bankçılığının populyarlığının artması ilə sistemdə kibercinayətlərin çoxalması da müşahidə olunur. Bu barədə "PwC" auditor şirkətinin tədqiqatında deyilir.

 
Tədqiqata görə, maliyyə fırıldaqçılığı ildə 20 milyard dollar məbləğində itkilərə səbəb olur.

 
Smartfonların və rəqəmli bankçılıq əlavələrinin nüfuzetmə səviyyəsinin artması nəticəsində maliyyə müəssisələri müştərilərin cəlb edilməsi prosesində fəal rəqabətə başlayıb. Lakin bu prosesdə bankçılıq üçün əlavələr fişinq, fərdi məlumatların və skimminq kartların oğurlanması kimi təhdidlər üçün boşluqlar yaradır.  

 
Sorğu nəticələrindən məlum olub ki, dünya əhalisinin 74 faizi mobil telefon istifadəçisidir. Bu, mobil və internet bankçılığının stabil artımına gətirib çıxarıb ki, bu da öz növbəsində kiberfırıldaqçıları rəqəmli bankçılıq istifadəçilərinin akkauntlarına müdaxilə, kartlar üzrə məlumatların ələ keçirilməsi və maliyyə vəsaitlərinin digər qeyri-qanuni yollarla oğurlanması üçün səylərini fəallaşdırmağa sövq edib, - "Payspacemagazine" yazır. 



Baxış sayı: 589

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024