12px13px15px17px
Tarix:14/07/15

“Nokia” smartfon bazarına qayıdışını rəsmən elan edib

“Nokia” şirkətinin smartfon bazarına geri qayıtmağa hazırlaşdığı haqda məlumat verilirdi. İndi bu informasiya istehsalçı tərəfindən rəsmən təsdiqlənib.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, Finlandiya istehsalçısı brend lisenziyalaşdırma modeli üzrə smartfonların satışı üçün "dünya səviyyəli tərəfdaş" axtarışı haqda bəyanat yayıb. Smartfonların istehsalı, satışı, marketinqi və müştəri dəstəyi ilə tərəfdaş məşğul olacaq. “Nokia” şirkəti isə dizayn həlli ilə  və texnoloji müxtəlifliklə məşğul olacaq.
 
“Nokia” şirkətinin nümayəndəsi bildirib ki, şirkətin brendi əvvəlki tək bütün dünyada milyonlarla istehlakçı tərəfindən tanınır, həmçinin mobil qurğular seqmentində fəaliyyətin yenilənməsi ilə əlaqədar yaşanan çətinliklərdən danışıblar.
 
Xatırladaq ki, “Nokia” zərərə görə mobil biznesi tərk edib. 2012-ci ildə şirkətin mobil qurğuların satışından əldə etdiyi gəlir 15,7 milyard təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 34 faiz aşağı göstəricidir. 2012-ci ilin nəticəsinə görə bu istiqamətdə fəaliyyət nəticəsində əməliyyat zərəri 1,1 milyard avro səviyyəsində qeydə alınıb.
 
Emil Hüseynov



Baxış sayı: 725

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024