12px13px15px17px
Tarix:14/07/15

Nəhəng şirkətlər “Flash” texnologiyasından imtina etmək istəyirlər

Çoxlarına məlumdur ki, Stiv Cobs “Adobe Flash” multimedia platformasını bəyənmirdi. O, bilərəkdən “iOS” platforması ilə işləyən qurğularda bu texnologiyanın dəstəyindən imtina etmişdi və indi məlum olub ki, “Apple” rəhbərinin qərarı tamamilə düz olub, çünki “Flash” texnologiyası kifayət qədər boşluqlara malikdir.


"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, bu yaxınlarda İT dünyasında çox xoşagəlməz hadisə baş verib. Müxtəlif ölkələrin xüsusi xidmət orqanlarına və hökumətlərinə bir-birini izləməkdə kömək etmiş İtaliyanın “Hacking Team” şirkəti özü hakerlərin hədəfinə tuş gəlib. Maraqlıdır ki, kibertəhlükəsizlik üzrə peşəkar haker və mütəxəssislər tərəfindən yaradılmış şirkət öz ünvanına edilmiş birinci ciddi hücum qarşısında aciz qalıb. Cinayətkarlar 400 QB-dan çox vacib məlumatı ələ keçirməyə nail olub və nəticədə bir çox gizli faktlar məlum olub. Belə ki, “Adobe Flash” plaqini mövcudluğunun ilk günündən etibarən hakerlərə istənilən kompüteri izləməyə imkan verən eksploitə malik olub.

“Hacking Team” şirkətinin rəhbərləri ilk öncə bəraət qazanmağa və onların məxfi sənədlərini internetdə yaymış şəxsləri təhdid etmək istəyib, amma sonra ictimaiyyətin təzyiqi altında öz səhvini etiraf edib. ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə, Rusiya, Misirin xüsusi xidmət orqanları haker firmasının müştəriləri arasında olub.

“Flash” texnologiyası hakerlərə qurbanın kompüteri üzərində tam idarəetməni ələ keçirməyə imkan verib. Əlbəttə ki “Adobe” şirkəti məxfi sənədlərin nəşrindən sonra qısa müddətdə bütün boşluqları aradan qaldırmağa söz verib.

“Facebook”un təhlükəsizlik üzrə direktoru Aleks Stamos başqa iri şirkətlərin direktorlarını “Flash” texnologiyasından imtina etməyə səsləyib. “Mozilla” korporasiyasında çalışan Mark Şmidt artıq “Twitter”də elan edib ki, bundan sonra “Firefox” brauzeri “Flash” məzmunu başlanğıc ayar kimi bloklayacaq.

Emil Hüseynov



Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024