12px13px15px17px
Tarix:15/07/15

Səudiyyə Ərəbistanı superkompüteri dünyanın ən güclü superkompüterləri onluğuna daxil olub

Səudiyyə Ərəbistanı superkompüteri tarixdə ilk dəfə dünyanın ən güclü superkompüterləri onluğuna daxil olub.
 
Kral Abdulla adına Elm və Texnologiyalar Universitetində yerləşən “Shaheen II” hesablama maşınının ən yüksək məhsuldarlığı 5.536 petaflops təşkil edir ki, bu da onun Yaxın Şərqin ən güclü kompüteri olması deməkdir. Bir petaflops saniyədə kvadrilyon hesablamaya bərabərdir, İndiana Universitetinin hesablamasına görə, insan tərəfindən bu qədər hesablamanın aparılması üçün saniyədə bir hesablama olmaqla 32 milyon il vaxt tələb olunur.  
 
Kompüter 20 min prosessordan istifadə edir, 17,6 petabayt yaddaşa və 790 terabayt tutumlu operativ yaddaşa malikdir. Universitet “Shaheen II” superkompüterinin tikintisinə 80 milyon dollar xərcləyib ki, bu da onun əvəzləyəcəyi kompüterin qiymətindən 25 dəfə çoxdur. Sistemin tədqiqat məqsədləri üçün istifadəsi nəzərdə tutulur, - “Qazeta”  yazır. 



Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024