12px13px15px17px
Tarix:15/07/15

Azərbaycanda onlayn uçota alınan sığortaolunanların sayı iki dəfə artıb

İyun ayında onlayn uçota alınan sığortaolunanların sayında əvvəlki ayla müqayisədə iki dəfə artım müşahidə olunub.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən “Elektron hökumət” portalı (e-gov.az) üzərindən 31 739 dəfə istifadə olunub. May ayında isə xidmətə 15313 dəfə müraciət edilib.
 
 
Bu xidmət vasitəsilə  sığortaolunanların məcburi dövlət sosial sığorta sistemində onlayn uçotu həyata keçirilir.
 
 
Elektron xidmətin göstərilməsi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun departamentləri, rayon (şəhər) şöbələri, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri sığortaolunanlar haqqında sığortaedən tərəfindən təqdim edilmiş elektron ərizələrə əsasən hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açır.  Onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsini rəsmiləşdirir.
 
 
Qeyd edək ki, istifadəçiləri hüquqi və fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.
 
 
CAHANGİR

 
 



Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024