12px13px15px17px
Tarix:16/07/15

Hazırda 47 766 ədəd radioelektron vasitə qeydiyyatdadır

2015-ci ilin I yarımilliyi ərzində DRİ tərəfindən 245 müəssisə və təşkilatlarda istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq aktlar tərtib olunub.

Bundan başqa, hesabat dövründə 43 hüquqi və fiziki şəxsə tezlik ayrılmış və 3216 ədəd yeni REV qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan REV-lərin sayı 47 766 ədəddir.  


Respublika ərazisində yayımlanan TV və FM radioproqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə televiziya yayımı üzrə 35 məntəqədə 274 ölçmə, radioyayımı üzrə isə 35 məntəqədə 289 ölçmə işləri işləri aparılmış, eyni zamanda, respublika ərazisində qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsini ölçmək məqsədilə 30 şəhər və rayon ərazisində radiomonitorinq işləri aparılıb.



Baxış sayı: 541

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024