12px13px15px17px
Tarix:16/07/15

Ölkədə elektron bankçılıq inkişaf etdirilir

Azərbaycanda elektron  bankçılıq inkişaf etdirilir. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmovla Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseymanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə bildirilib.
 
Görüşdə Azərbaycanın maliyyə sektorunda AYİB-in aktiv iştirakı və əməkdaşlığı, bank sisteminin davamlı inkişafı və sektorun üzləşdiyi çağırışlara dair fikir mübadiləsi aparılıb.
 
 
E.Rüstəmov AYİB-lə Azərbaycan arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq, nümayəndə heyətinə Azərbaycanın makroiqtisadi göstəriciləri, iqtisadi artım, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun artırılmasına dair ətraflı məlumat verib.
 
MB sədri bu ilin ilk 6 ayının uğurlu göstəricilərinə istinad edərək Azərbaycan iqtisadiyyatının qlobal və regional iqtisadi çağırışlara baxmayaraq inamla inkişaf etdiyini, bank sektorunun sabitlik nümayiş etdirdiyini vurğulayıb.
 
 
Azərbaycanın AYİB ilə əməkdaşlığına xüsusi önəm verərək, E.Rüstəmov ölkənin maliyyə çıxışlarının genişlənməsi, bank sektorunun qeyri-neft sektoruna dəstəyinin gücləndirilməsi və sektorun ümumilikdə daha da inkişaf etdirilməsi istiqamətində AYİB-lə əməkdaşlığın vacibliyindən danışıb.
 
O qeyd edib ki, AYİB-in Azərbaycan üzrə Ölkə Strategiyası ölkəmizin inkişaf prioritetlərini dəstəkləyir və birgə fəaliyyət üçün əməkdaşlıq spektrını daha da genişləndirir.
 
 
N.Tesseyman öz növbəsində Azərbaycanın regional hadisələr fonunda uğurlu inkişaf dinamikası nümayiş etdirdiyini vurğulayıb. O, AYİB-in ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə Azərbaycanla sıx əməkdaşlığının davam etdirilməsində maraqlı olduğunu bildirib. 
 
Sonra N.Tesseyman AYİB tərəfindən Azərbaycanda bu günə qədər həyata keçirilən layihələr, maliyyə institutları ilə əməkdaşlıq və planlaşdırılan yeni layihələr barədə məlumat verib.
Görüşdə həmçinin, Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektvləri və prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunub.
 
 
SEYMUR



Baxış sayı: 353

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020