12px13px15px17px
Tarix:16/07/15

“Ariane 5” raketdaşıyıcısı iki peyklə start götürüb

Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan “Ariane 5” raketdaşıyıcısının uğurlu startı həyata keçirilib. Raketdaşıyıcısının hesablanmış orbitə iki peyk çıxaracağı gözlənilir.  
 
İyulun 16-da yerli vaxtla 18:42-də buraxılan raketin göyərtəsində Braziliyanın “Embratel Star One” rabitə operatorunun Cənubi Amerikanı telefon rabitəsi ilə təmin edəcək “Star One C4” telekommunikasiya peyki, eləcə də “Eumetsat” Avropa Meteoroloji Xidmətinin "MSG-4” peyki yer alıb. 
 
“MSG-4” peykində iqlimi zonaların şüalanmasının ölçülməsi üçün nəzərdə tutulan "GERB” sistem aparaturası quraşdırılıb ki, bu da buludların enerjisi haqqında daha çox məlumat əldə etməyə və meteoroloji xidmətləri dəqiq informasiya ilə təmin etməyə imkan verəcək. Aparat həmçinin axtarış-xilasetmə xidmətləri üçün siqnalları translyasiya edəcək.
 
“Arianespace” dünyanın süni Yerətrafı peyklərinin kommersiya buraxılışını həyata keçirən qocaman şirkətlərindədir. Şirkət 21 səhmdar və Avropa Kosmik Agentliyinin dəstəyi ilə yaradılıb, - "Lenta yazır.



Baxış sayı: 348

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020