12px13px15px17px
Tarix:16/07/15

Yeni poçt şöbələri tikilir

2015-ci ilin I yarımilliyi ərzində poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilib.

Belə ki, əhalinin poçt xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə 1 ədəd PŞ və 3 Poçt agentliyi (Ağdam PF-nin Təzəkənd PŞ-si, Lənkəran RPF-nin Separadi PŞ-nin Tükəvilə Poçt Agentliyi, Cəlilabad PF-nin Göytəpə PŞ-nin Muğan Poçt Agentliyi və Saatlı PF-nin Nəsimikənd PŞ-nin Sımada Poçt Agentliyi) açılaraq əhalinin istifadəsinə verilib. Eyni zamanda,  12 ədəd poçt şöbəsi (PŞ) binası (o cümlədən 7-si Naxçıvan MR RYTN üzrə) tikilib, 4 ədəd inzibati və 10 ədəd PŞ binası təmir olunub və hazırda 3 ədəd PŞ binasının tikintisi işləri aparılır.


2015-ci ilin 6 ayı üzrə daxili sadə və sifarişli məktub korrespondensiyalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,8%, daxil olan beynəlxalq kiçik paketlərin sayı 46.4% artıb.


Hesabat dövründə bank- maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Belə ki, 6 ay ərzində  10 ədəd POS terminal quraşdırılıb, ödəniş kartının istifadəsi üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və həyata keçirilən əməliyyatlar haqqında operativ formada məlumatın əldə edilməsi məqsədilə “Mobil bankçılıq” xidməti MMC-nin kart sahiblərinin istifadəsinə verilib.

Yanvar ayının 30-da tamamilə yenidən qurulan Şirvan PF-nin Müştəri Xidmətləri Mərkəzi istifadəyə verilib.



Baxış sayı: 784

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024