12px13px15px17px
Tarix:21/07/15

Kəndlərdə elektron ATS-lərin sayı artırılır

Regionların telefon şəbəkəsində kənd  EATS-lərinin   birləşdirici  xətlərinin  fiber-optik  kabellərlə  təşkili layihəsi çərçivəsində  ümumilikdə  100 km-dən artıq məsafədə fiber-optik kabel  xətləri  çəkilmiş və  15-dən artıq  kənd  EATS-inin  şəbəkəyə  rəqəmsal  bağlantısı  təmin  edilib, 17 yeni EATS  tikilib, 15 EATS-in  tutumu  artırılıb.

Lerik rayonunun Mistan, Almu  və Peştətük   yaşayış  məntəqələrində, Astara rayonunun Şağlazüzə kəndində, Bərdə rayonunun Əliyanlı kəndində, Qax rayon mərkəzində müasir tipli  stansiya  avadanlıqları  quraşdırılaraq  dövrəyə  alınıb.

10 EATS-in transmissiyası rəqəmli radio-rele avadanlıqları, 12 EATS-in transmissiyası isə fiber-optik multipleksor vasitəsilə təşkil olunmaqla ümumilikdə 20-dən artıq kənd EATS-inin xidmət ərazilərində informasiya texnologiyalarının inkişafı üçün zəruri infrastruktur yaradılıb.



Baxış sayı: 261

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020