12px13px15px17px
Tarix:22/07/15

Dünyanın ən çox satılan smartfonları bəlli olub

“Counterpoint Market Technology” şirkətinin tədqiqatının nəticələrinə görə 2015-ci ilin iyununda ən çox satılan smartfon “iPhone 6s” olub.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Counterpoint” şirkəti istehlakçıların üstünlük verdiyi telefonları müəyyənləşdirib. Mənbənin saytında yazılıb ki, “iPhone 6” və “iPhone 6 Plus” əç çox satılan smartfon olub. Aparatlar 2014-cü ilin sentyabrında satışa çıxarılıb, 4,7 və 5,5 düymlük ekran, ikinüvəli “A8” prosessoru  və 1 QB əməli yaddaşla təchiz edilib.

Ən çox satılan smartfonların reytinqində üçüncü və dördüncü pillədə “Samsung” şirkətinin “Galaxy S6” və “Galaxy S6 edge” aparatları qərarlaşıb. Beşinci pilləni “Apple iPhone 5s” tutub. Çinin “Xiaomi Mi Note” aparatı altıncı pilləni tutub.

Emil Hüseynov
 



Baxış sayı: 551

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024