12px13px15px17px
Tarix:22/07/15

Beş ən qeyri-adi “ağıllı” qurğu

"Ağıllı" qurğular tədricən gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Amma bəzən qəribə və qeyri-adi qurğulara da rast gəlirik.
 
Dubayda "ağıllı" palma





Dubayda quraşdırılmış "ağıllı" palma günəş batareyaları ilə işləyən 6,5 metr hündürlüyündə süni ağacdır. Palma geniş funksionala malikdir: radiusda 100 metr radius əhatə edən ödənişsiz "Wi-Fi", mobil telefonların enerji ilə doldurulması üçün 8 slot, məlumat xidməti və hətta reklam ekranları. Bundan başqa, "ağıllı" ağac 360 dərəcə videomüşahidəni təmin edəcək və təcili kömək düyməsi quraşdırılacaq.

 
Palma gecələr ətrafı xoş yaşıltəhər işıqla işıqlandırır.
Bu süni palma ağaclarını "D-Idea Media" ərəb şirkəti istehsal edir. Belə "ağaclar" tezliklə şəhərin baxımlı yerlərindən birinə çevrilə bilər.
 
"Ağıllı" çətir

Smartfona qoşulan çətir hələ ki "IndiGoGo" pul toplama saytında vəsait toplayır, ancaq artıq sifariş üçün əlçatandır.







"HAZ Umbrella" bir elektron düyməyə sıxmaqla açılır və bağlanır. Çətir  "Bluetooth" vasitəsilə smartfona qoşulur və itdikdə özünü tapır, belə ki "Bluetooth" əlaqə kəsildikdə smartfona mesaj göndərir.
 
 
 

 
 
 
 

"Ağıllı" futbolka

"HealthWatch" şirkəti tərəfindən hazırlanmış "hWear" futbolkası ötürücülərlə təchiz edilib. Bu, onlayn rejimdə əksər fiziki göstəriciləri izləməyə kömək edir. Belə informasiya risk qrupuna daxil olan və ya xroniki ürək və ağciyər xəstəliklərinə malik insanlara faydalı olacaq.

"Ağıllı" futbolka elektrokardioqramma müayinəsi aparacaq, bədənin hərarətini və nəfəsin tezliyini ölçəcək.

Bundan başqa, futbolka orqanizmin ümumi vəziyyətinin gözlənilməz pisləşməsini qeydə alacaq.

"Ağıllı" futbolka qəbul olunmuş informasiyanı yaddaşda saxlaya və ya müntəzəm rejimdə və ya fövqəladə hallarda qeyd edilmiş kontaktlara göndərə bilər. "Ağıllı" geyimi yumaq üçün ötürücləri ondan ayırmaq və yalnız yuduqdan sonra yenidən birləşdirmək lazımdır.
 
 
 
"Ağıllı" üzük

"IndiGoGo" pul toplama saytında "MOTA SmartRing" "ağıllı" üzüyü üçün  vəsait yığımına başlayıb və artıq qurğu sifariş üçün əlçatandır. Bu üzük vibrasiyanın köməyi ilə elektron poçta gəlmiş yeni məktub, sosial şəbəkələrdəki mesaj və daxil olan zənglər haqda məlumat ötürür.
Cihaz simsiz üsulla enerji ilə doldurulur.
 
"Ağıllı" ayaqqabı

Çinin "Xiaomi" şirkəti "Li-Ning" geyim istehsalçısı ilə birgə "ağıllı"  krassovka istehsal edib. 32 dollara satılan bu ayaqqabı sahibinin addımlarını və kalorini hesablayır, həmçinin "Bluetooth" vasitəsilə smartfona məlumat ötürür. Ayaqqabı suya qarşı davamlıdır.

Emil Hüseynov
 
 
 
 
 
 
 
 
 
 
 
 



Baxış sayı: 1569

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024