12px13px15px17px
Tarix:23/07/15

“Huawei” ucuz “Honor 4A” smartfonunu nümayiş etdirib

Dünyanın ən böyük smartfon istehsalçılarından olan Çinin “Huawei”  şirkəti növbəti ucuz “Honor 4A” adlı qurğusunu təqdim edib.
 
Aparat 1,1 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 210” prosessoru və “Adreno 304” qrafik sürətləndiricisi, 2 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib. 32 QB-dək tutuma malik “microSD” yaddaş kartı dəstklənir.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 5 düymlük sensor ekranın təsvir ölçüsü 1280x720 piksel təşkil edir. Yeni qurğu avtofokus və işıq diodu işıqlandırıcısına malik 8 meqapiksellik əsas kamera, həmçinin 2 meqapiksellik ön kameralarla təchiz olunub.
 
Bundan başqa, qurğuda, həmçinin “Wi-Fi”, “Bluetooth” və “LTE” simsiz rabitə modulları, “GPS” modulu, standart sensor dəsti və 2200 milliamper/saat tutumunda akkumulyator batareyası istifadə olunur. Aparata “Emotion UI 3.1” interfeysli “Android 5.1 Lollipop” mobil əməliyyat sistemi quraşdırılıb. Smartfon iki “SIM” kart dəstəkləyir.
 
“Huawei Honor 4A” smartfonun qiyməti 95-115 dollar arasında (“LTE” texnologiyasın olub-olmamasından asılıdır) olacaq.
 
Emil Hüseynov



Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024