12px13px15px17px
Tarix:24/07/15

Kənd təsərrüfatında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün qrant alına bilər

Yaponiya Azərbaycana kənd təsərrüfatı sahəsində tətbiq olunan informasiya-kommunikasiya texnologiyalarının alınması üçün qrant ayıra bilər.

“ICTnews.az”ın məlumatına görə, bu mövzuda kənd təsərrüfatı naziri Heydər Əsədov Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə danışıqlar aparılıb.
 
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sözügedən görüşdə bir neçə mövzu ilə yanaşı  kənd təsərrüfatı sahəsində istifadə olunan mütərəqqi texnologiyalar istiqamətində fikir mübadiləsi keçirilib.
 
Görüşün məqsədi “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında “Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardımı”na dair imzalanacaq notanın müzakirəsi olub.
 
 
Nazir Heydər Əsədov Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında imzalanmış Notalar Mübadiləsinə əsasən Yaponiyanın 2KR  proqramı çərçivəsində ayırdığı qrantlar, eləcə də Tərəfdaşlıq Fonduna və Dövriyyə Hesabına toplanmış vəsaitlər hesabına ümumilikdə 1637 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikalarının alınaraq lizinq yolu ilə kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərin istifadəsinə verildiyini qonağın diqqətinə çatdırıb.
 
Nazir bildirib ki, bazar iqtisadiyyatına keçid dövründə 2KR proqramı Azərbaycan üçün olduqca uğurlu olub və kənd təsərrüfatının inkişafında xüsusi rol oynayıb.
 
Yaponiya hökumətinin ayırdığı qrantlar və Tərəfdaşlıq Fonduna toplanan vəsait hesabına müasir kənd təsərrüfatı texnikaları alınıb və  onların tətbiqi nəticəsində aqrar sahənin texniki təminatı yaxşılaşıb, texnika parkı mütərəqqi texnologiyalar əsasında hazırlanan texnika və avadanlıqlarla təchiz olunub.
 
Nazir qeyd edib ki, 2KR proqramı fermerlərin kənd təsərrüfatı texnikalarına olan tələbatının ödənilməsində, texniki servis xidmətlərinin təşkilində, əlavə iş yerlərinin yaradılmasında, kənddə sahibkarlıq fəaliyyətinin inkişafında, fermerlərin maddi rifah halının yaxşılaşmasında böyük rol oynaylıb.
 
Nazir “Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardımı”na dair imzalanacaq notanı hər iki ölkə arasında aqrar sahədə əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirib. 
Səfir Tsuquo Takahaşi Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin istehsal etdiyi avadanlıqların ölkədə aqrar sahənin inkişafına və ərzaq təminatına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
 
 
SEYMUR



Baxış sayı: 398

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.