12px13px15px17px
Tarix:24/07/15

Smartfonlar bazarının həcmi 11,6 faiz artıb

“IDC” analitik şirkətinin ilkin qiymətləndirməsinə görə, 2015-ci ilin ikinci rübündə istehsalçılar tərəfindən dünyada 337,2 milyon smartfon tədarük edilib ki, bu da 2014-cü ilin müvafiq dövründən 11,6 faiz çoxdur.

Mütəxəssislərin sözlərinə görə, artım əksər inkişaf etməkdə olan ölkələrdə tələbatın yüksək olması sayəsində mümkün olub.
 
Həmçinin qeyd olunur ki, dünya mobil telefonlar, o cümlədən smartfonlar bazarının həcmi aprel-iyunda 464,6 milyon ədəd təşkil etməklə ötənilki 466,3 milyon ədədlik göstəriciyə nisbətdə 0,4 faiz azalıb.
 
Tədqiqatda istehsalçılar arasında qüvvələr nisbəti ilə bağlı məlumatlar da yer alıb. Siyahıda birinci yeri əvvəllər olduğu kimi “Samsung” şirkəti tutur, halbuki o reytinqdə illik ifadədə tədarükü azalan yeganə şirkətdir.
 
Cari ilin aprel-iyununda Cənubi Koreya istehsalçısı 73,2 milyon smartfon tədarük edib ki, bu da 21,7 faizlik paya bərabərdir. Bir il əvvəl “Samsung”-un göstəriciləri müvafiq olaraq 74,9 milyon və 24,8 faiz səviyyəsində olub. Tədarükdə qıtlığa görə qabaqcıl “Galaxy S6” və “Galaxy S6 edge” modelləri birmənalı nəticələr nümayiş etdirməyib, lakin “Galaxy” ailəsindən olan digər qurğular şirkətin elan etdiyi endirimlər sayəsində yaxşı satılıb.
 
47,5 milyon “iPhone” satan “Apple” şirkəti tədarük həcmini 34,9 faiz genişləndirib. Şirkətin qurğularının, xüsusilə nisbətən böyükölçülü “iPhone 6 Plus” modelinin Çində yüksək populyarlığı fonunda ABŞ istehsalçısının bazar payı 11,7 faizdən 14,1 faizədək artıb.
 
Çinin “Huawei” şirkəti tədarükü 48 faiz artırmaqla üçüncü yeri tutub. Buna şirkətin smartfonlarının Avropa və Çinin daxili bazarında uğurla satılması zəmin edib. Çin istehsalçısı 29,9 milyon aparat tədarük etməklə 8,9 faizlik paya sahib çıxıb. Bir il əvvəl “Huawei”-in göstəriciləri müvafiq olaraq 20,2 milyon və 6,7 faizə bərabər olub.
 
“Mi Note” və “Redmi 2” smartfonlarının Çində populyarlığı “Xiaomi” şirkətinə 17,9 milyon tədarük və 45,3 faizlik payla smartfon istehsalçıları arasında dördüncü yerə layiq olmağa kömək edib. Ötən illə müqayisədə şirkətin nəticələrin 29,7 faiz və 0,7 faiz bənd artıb.
 
Liderlər beşliyini 16,2 milyon (+2,4 faiz) smartfon tədarükü və ya 4,2 faizlik ümumi bazar göstəricisi ilə digər Çin istehsalçısı “Lenovo” şirkəti tamamlayıb. Ekspertlər qeyd edib ki, “Lenovo” qurğuları təkcə Çində deyil, həm də Hindistan kimi əksər inkişaf etməkdə olan ölkələrdə yaxşı satılır, - “DailyComm” yazır.



Baxış sayı: 541

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024