12px13px15px17px
Tarix:24/07/15

Mobil messencerlər xəyanətə yol açır?

Çində boşanmaların sayı çox yüksək sürətlə artır. Belə ki, 2014-cü ildə hər dörd yeni bağlanmış nikaha bir rəsmi boşanma düşüb. Ölkənin ən böyük şəhərlərindən biri olan Quancjouda hakimiyyət əməkdaşların çatışmazlığı səbəbindən boşanma ilə bağlı yeni ərizələrin verilməsinə müvəqqəti qadağa qoyub.

"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “Banyetan” nəşrinin ekspertləri hesab edirlər ki, messencerlərin geniş yayılması boşanmasnın səbəblərdən biri ola bilər. Messencer və mobil proqramların geniş yayılması onunla nəticələnir ki, ər-arvadın bir-birinə xəyanət etməsi daha asanlaşır.
“Banyetan” nəşrinin məlumatına görə, mobil proqramların köməyi ilə məşuqəsi ilə əlaqə saxlayan kişilərin sayı son bir neçə ildə 20 faiz yüksəlib. Ailələrə psixoloji konsultasiyaların verilməsi ilə məşğul olan Pekin şirkəti “Mashable” nəşrinə deyib ki, müştərilərin bir çoxu məşuqəsi ilə yazışmasını aşkar etmək olmasın deyə telefonunu sındırır.

"Kişilər öz həyat yoldaşları ilə əlaqə saxlamaqdan imtina edərək daima “WeChat” və ya “QQ” messencerlərində məşuqələri ilə yazışır. Vəziyyət o həddə çatır ki, onlar həyat yoldaşların gözü qarşısında başqa qadına mesaj yazıb göndərir. Bu çox ciddi problemdir” – mərkəzin mütəxəssisi Van Szyun deyib.


Lakin Çində bir çoxları “Banuyetan” nəşrinin yazısı ilə razılaşmayıb. Belə ki, dövlət radiosunun efirində bəyan ediblər ki, boşanma hallarının artmasının səbəbi texnologiya yox, insanlardır. İndiki gənclər əvvəlki nəsillə müqayisədə daha eqoistdir və ailə məsələlərində güzəştə getmək istəmir.

Emil Hüseynov



Baxış sayı: 556

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024