12px13px15px17px
Tarix:25/07/15

Avropa Komissiyası “Nokia” və “Alcatel-Lucent” şirkətlərinin birləşməsini təsdiq edib

Avropa Komissiyası iri telekommunikasiya avadanlığı istehsalçıları “Nokia” və “Alcatel-Lucent” şirkətlərinin birləşməsini bəyənərək sazişin sahədə sağlam rəqabətə mənfi təsir etməyəcəyini bəyan edib.  

Bu ilin aprelində Finlandiya istehsalçısı “Alcatel-Lucent” şirkətini 15,6 milyard avroya satın almasını açıqlayıb.

2016-cı ilin birinci rübündə tamamlanması planlaşdırılan saziş “Lucent Technologies” şirkətinin “Ascend Communications” şirkətini 21 milyard dollara satın aldığı 1999-cu ildən telekommunikasiya sahəsində ən böyük saziş olacaq. Həmçinin “Nokia” tarixində bu satınalma ən böyük satınalma hesab edilir.

“Bloomberg” agentliyinin Avropa Komissiyasının bəyanatına əsasən verdiyi məlumata görə, “Nokia” və “Alcatel-Lucent” şirkətlərinin birləşməsi nəticəsində mobil şəbəkələr üçün Avropa İttifaqının 28 ölkəsi ərazisində rəqabətin inkişafına mane ola bilməyəcək avadanlıq istehsalçısı yaradılacaq, - “DailyComm”  yazır.
 



Baxış sayı: 534

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024