12px13px15px17px
Tarix:25/07/15

Messencerlər gələcəyin əsas virtual ünsiyyət vasitəsi olacaq

Hələ 1996-cı ildə müasir internetin yaradıcılarından biri Tim Berners Li bildirmişdi ki, ümumdünya şəbəkəsinin əsas rolu insanları birləşdirməkdir. İnternetin bu funksiyası həmişə əsas olub və ani mesaj mübadilə proqramları bunu təcəssüm edib.
 
Bu gün belə xidmətlərin populyarlaşmasını müşahidə etmək olar. “Facebook” öz messencerini istifadəyə verib və “WhatsApp” messencerini 19 milyard dollara satın alıb. ABŞ-da isə gənclər şəkil və video ilə mübadilə üçün “Snapchat”dan aktiv istifadə edirlər.
 
 
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, zaman ötdükcə ani mesajlaşma xidmətləri sosial şəbəkələri tədricən sıxışdırır.
 
Messencerlər şəxsi yazışma, audio və videomesajların ötürülməsi üçün istifadə olunur və fərdi məlumatların təhlükəsizliyini təmin edir.
 
Messencerlərin əsas özəlliyi məlumatların təhlükəsizliyi və informasiyanın sürətli ötürülməsidir.
 
Amma messencerlərin populyarlaşması həm də mobil internetin yayılması ilə izah olunur. Məhz bu səbəbdən 2012-ci ilin sonundan dünyada göndərilən SMS-lərin sayı daima azalır.
 
Eyni zamanda dünyada populyar olan “WhatsApp” və “Viber” messencerləri öz auditoriyasını müvafiq olaraq 700 və 200 milyonadək artırıblar və “Facebook Messenger” istifadəçilərinin sayı ildə 200 faiz yüksəlir. Çinin “WeChat” xidməti həmçinin populyarlaşıb və indi sürətlə populyarlaşan “Xiaomi” smartfonlarına avtomatik quraşdırılır.
 
Emil Hüseynov

 
 



Baxış sayı: 582

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024