12px13px15px17px
Tarix:27/07/15

Azərbaycanda bütün ölkə üzrə torpaqların bir mərkəzdən idarə olunmasına imkan verəcək elektron sistem yaradılır

Azərbaycanda hazırda bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır.
 
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "ICTnews.az"a verilən məlumata görə, hazırda torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir.
 
Komitədən qeyd olunub ki, bu prosesə beynəlxalq ekspertlər cəlb olunur, sistemin hətrtərəfli araşdırılması həyata keçirilir.
 
Qeyd edək ki, bu sistem  ölkə üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.
 
Komitənin Gəncədə keçirilən forumunda sözügedən istiqamət izrə görülən işlərdən danışılıb və bildirilib ki, plkədə həyata keçirilən elektron hökümət quruculuğu əhalinin torpaqla bağlı məsələlərinə daha tez, obyektiv və şəffaf bağmağa imkan yaradacaq, bu sahədə qarşıya çıxan ptoblemlərin həllininasanlaşmasına imkan verəcək.
 
 
Forumda bildirilib ki, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin səlahiyyətləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, torpaqlarda qanunvericilikdə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirməkdən ibarətdir.
 
 
Qeyd edilib ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə görə, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa  şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə rabitə və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəmüvafiqliyi barədə qərar qəbul edir.
 
Bələdiyyələrin həmin qərarları əsasında yerquruluşu və planalma işləri aparılarkən məlum olur ki, bəzi hallarda ərazinin planlaşdırılması və tikintisi layihələrinin tələbləri, habelə yeraltı və yerüstü  kommunikasiya xətlərinin mühafizə zonaları bələdiyyələr tərəfindən nəzərə alınmır. 
 
Bu hallar isə sonradan rabitə və digər dövlət əhəmiyyətli xətlərin yerlərinin dəyişdirilməsi məcburiyyətini yaradır, yaxud ölkə üçün strateji əhəmiyyət kəsb edən yeni kommunikasiya xətlərinin çəkilişində problemlərə səbəb olur və eyni zamanda mühafizə zonasına düşən evlərin sökülməsi zərurətini ortaya çıxarır.
 
 Bu hallar da nəticədə dövlət büdcəsindən əlavə maliyyə vəsaitinin xərclənməsinə səbəb olmaqla yanaşı, eyni zamanda vətəndaşların çoxsaylı müraciətlərinə zəmin yaradır.
 
 
Torpaq sahələrinin dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dəyişməsi, torpaqların bir kateqoriyadan digərinə keçməsi və kateqoriyalar daxilində transformasiyası nəzərdə tutulur.
 
 
SEYMUR



Baxış sayı: 487

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024