12px13px15px17px
Tarix:28/07/15

Salyanda NGN şəbəkəsi genişlənəcək

 İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində yeni tədbirlərə başlanılıb.

Bir qədər öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin dəstəyi ilə Salyan Telekkommunikasiya Qovşağının inzibati binasının tamamilə yenidən qurulması burada sakinlərə  yüksək keyfiyyətli telefon, internet və digər multimedia xidmətlərinin göstərilməsinə əlavə şərait yaradıb.

Salyan TKQ-nın rəisi Faiq Nəcəfov “Aztelekom” MMC-nin dəstəyi ilə Salyanda ”Elektron hökumət” lahiyəsi çərçivəsində İKT-nin imkanlarından tam istifadə edilməsi üçün həyata keçirilən tədbirlərdən danışıb. Belə tədbirlərdən biri də Salyanda Bakı nömrələrindən istifadə imkanın yaradılmasıdır.
 
 Bu “Aztelekom” MMC-nin bütün regionlarda, o cümlədən Salyanda tətbiq etdiyi yeni layihədir. Vətəndaş ”585”-lə başlayan  Bakı nömrəsini çəkdirərək aylıq 15 manat abunə haqqı ödəməklə Bakı nömrələri ilə sərbəst danışa bilər. Müəssisə və təşkilatlar,  eləcə də  vətəndaşların telefon çəkilişi ilə bağlı müraciətləri dərhal təmin edilir.
 
Rayonda yeni texnologiyaların tətbiqini genişləndirilməsi üçün Salyan TKQ-də yeni inkişaf planı hazırlanıb. Plana əsasən, rayonda qurulan NGN texnologiyası daha da genişləndirilərək uzaq kəndləri də əhatə ədəcək.  Hazırda rayon ərazisində 6378 telefon abunəçisinə, genişzolaqlı internet üzrə 21 növ müxtəlif multimedia xidmətləri göstərilir.
 
F.Nəcəfov rayon mərkəzi ilə yanaşı Plastmas, Kürqaraqaşlı, Arıbatanlı, Babazanlı və Aşağı Kürkənd kəndlərinin  ONU avadanlıqları əsasında  müasir texnologiya ilə təmin edildiyini bildirib.
 
Bu avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və keyfiyyətli şəkildə çatdırılmasını təmin edir.  Əhalinin genişzolaqlı internet xidmətinə olan tələbatı nəzərə alınaraq cari ildə əlavə olaraq 232 ədəd port artımı, o cümlədən rayonun Mərkəzi EATS-də 24 port, Plasmas yaşayış massivində 16 port, Marışlı kəndində 16 port, Noxudlu kəndində 24 portluq, Qaraçala kəndində 24 port, Kürqaraqaşlı kəndində 24 portluq, Çuxanlı kəndində 24 port, Şorsulu kəndində 24 port, Babazanlı  yaşayış massivində 24 portluq  ADSL avadanlıqları quraşdırılaraq istifadəyə verilməklə sürətli internet istifadəçilərinin sayı 2240 ədədə çatıb.
 
Eyni zamanda rayon ərazisində özəl internet provayderlər “Data Plus”, ”Azeronline”, Azedunet”, ”AzDataCom”, “Qlobal Network”, “AvirTel”-in abunəçilərin sayı 467-ə çatıb.
 
RƏVAN
 



Baxış sayı: 295

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2019

23 10 2019

23/10/19
2022-ci ildə smartfon satışının 60%-i “5G”-qurğuların payına düşəcək

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən smartfon seqmentinin in

23/10/19
Sənaye müəssisələrinin 50%-dən çoxu hələ də köhnə sistemlərin idarəetməsi altında işləyir

Sənaye müəssisələrinin şəbəkələrində istifadə olunan kompüterlər hələ də köhnə və dəstəyi bitmiş əməli

23/10/19
“Amazon” şirkəti insanların Aya göndərilməsinə kömək edəcək

“Amazon” şirkətinin rəhbəri və “Blue Origin” özəl aerokosmik müəssisəsinin təsisçisi Ceff Bezos ABŞ Kos

23/10/19
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüks

23/10/19
BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa

23/10/19
“Microsoft” ən yaxşı mobil əməliyyat sisteminin adını açıqlayıb

“Microsoft”un top-meneceri bildirib ki, “Android” platforması smartfonlar, həmçinin şirkət tərəfindən təq

23/10/19
“Zipline” dronları təlimlər zamanı döyüş meydanına dərmanlar çatdırıb

ABŞ-ın “Zipline” şirkətinin pilotsuz uçan aparatları təlimlər zamanı döyüş meydanına 

23/10/19
“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik