12px13px15px17px
Tarix:29/07/15

Müəllimlərin işə qəbulu üzrə müsabiqə davam edir

Müəllimlərin işə qəbulu üzrə müsabiqə davam edir. Artıq bir həftədir davam edən müsabiqə çərçivəsində 14 fənn üzrə test imtahanı keçirilib. Bu imtahanlarda ümumilikdə 12 076 nəfər iştirak edib. İyulun 27-dən 29-dək isə ibtidai sinif, musiqi, təsviri incəsənət, texnologiya ixtisasları üzrə test imtahanları keçirilir.
 
 
İndiyədək keçirilən imtahanların nəticələrinə əsasən 1 733 nəfər seçdiyi vakant yeri tutmaq hüququ qazanaraq müsabiqənin müsahibə mərhələsinə buraxılıb. Müsahibəyə buraxılanların 186 nəfəri Azərbaycan dili və ədəbiyyat, 138 nəfəri ingilis dili, 39 nəfəri rus dili, 5 nəfəri rus dili və ədəbiyyatı, 9 nəfəri alman dili, 10 nəfəri fransız dili, 145 nəfəri riyaziyyat, 153 nəfəri informatika, 144 nəfəri fizika, 185 nəfəri kimya,  149 nəfəri biologiya, 261 nəfəri coğrafiya, 152 nəfəri tarix, 157 nəfəri fiziki tərbiyə müəllimləridir.
 
Müsahibə mərhələsi test imtahanları başa çatdıqdan sonra - iyulun 30-dan avqustun 3-dək keçiriləcək.
 
 
Müsabiqənin nəticələrinə əsasən, boş qalan vakant yerlərə avqustun 5-dən sonra əlavə yerləşdirmə həyata keçiriləcək. Əlavə yerləşdirmədə keçid balı toplamış, lakin vakant yer tutmamış namizədlər iştirak edə bilərlər.
 
 
Təhsil Nazirliyindən qeyd edilib ki, hazırda müəllimlərin işə qəbulu sahəsində tətbiq edilən qaydalar şəffaflığı və obyektivliyi təmin etməklə yanaşı, ölkədə ən çevik qəbul mexanizmi hesab edilə bilər. Belə ki, informasiya-kommunikasiya texnologiyalarının (İKT) və elektron xidmətlərin geniş tətbiqi vasitəsilə həyata keçirilən bu mexanizmin (elektron ərizə, elektron imtahan, elektron yerləşdirmə, elektron məlumatlandırma) tətbiqi hər bir iştirakçıya imkan verir ki, imtahan nəticəsi ilə imtahan başa çatan kimi auditoriyadan çıxmamış tanış olsun.
 
Həmçinin, nəticələr dərhal müəllimin “Şəxsi səhifəsi”nə göndərilir.
 
Yəni müəllim imtahan verdiyi gün hansı məktəbə işə qəbul olunduğu və ya nə üçün müsabiqədən keçə bilməməsi barədə məlumatlandırılır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 380

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2019

23 10 2019

23/10/19
2022-ci ildə smartfon satışının 60%-i “5G”-qurğuların payına düşəcək

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən smartfon seqmentinin in

23/10/19
Sənaye müəssisələrinin 50%-dən çoxu hələ də köhnə sistemlərin idarəetməsi altında işləyir

Sənaye müəssisələrinin şəbəkələrində istifadə olunan kompüterlər hələ də köhnə və dəstəyi bitmiş əməli

23/10/19
“Amazon” şirkəti insanların Aya göndərilməsinə kömək edəcək

“Amazon” şirkətinin rəhbəri və “Blue Origin” özəl aerokosmik müəssisəsinin təsisçisi Ceff Bezos ABŞ Kos

23/10/19
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüks

23/10/19
BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa

23/10/19
“Microsoft” ən yaxşı mobil əməliyyat sisteminin adını açıqlayıb

“Microsoft”un top-meneceri bildirib ki, “Android” platforması smartfonlar, həmçinin şirkət tərəfindən təq

23/10/19
“Zipline” dronları təlimlər zamanı döyüş meydanına dərmanlar çatdırıb

ABŞ-ın “Zipline” şirkətinin pilotsuz uçan aparatları təlimlər zamanı döyüş meydanına 

23/10/19
“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik