12px13px15px17px
Tarix:13/09/11

Dağlıq Qarabağa poçt göndərişləri həyata keçirilirmi?!

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərə xaricdən göndərilən poçt göndərişlərinə “həmin ərazilərə çıxış yoxdur” yarlığı vurulur və geri göndərilir.

Qeyd edək ki, əvvəllər Dağlıq Qarabağ və ətraf rayonlara poçt göndərişləri Bakı-İrəvan və Bakı-Xankəndi qatarları ilə həyata keçirilib. Hazırda isə poçt göndərişləri Aran Qarabağa - Horadizə və Ağdama avtomobillərlə çatdırılır.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə poçt göndərişləri Horadizdən Zəngilana, Qubadlıya və Ağdamdan Xankəndinə, oradan da Şuşaya çatdırılacaq.



Baxış sayı: 3526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

23 02 2020