12px13px15px17px
Tarix:30/07/15

Dünya planşetlər bazarında azalma sürətlənib

2015-ci ilin ikinci rübündə dünya planşetlər bazarında azalma sürətlənib. 2014-cü ilin ikinci rübü ilə müqayisədə tədarük həcmi 7 faiz azalaraq 44,7 milyon ədədə enib. Bu barədə "IDC” analitik şirkətinin məlumatında deyilir.  
 
Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin ikinci rübündə dünyada planşetlərin tədarükü 3,2 faiz, 2015-ci ilin birinci rübündə 5,9 faiz azalıb. Bazarda artıq ardıcıl üçüncü rübdür azalma qeydə alınır. Buna qədər bazar stabil müsbət dinamika nümayiş etdirib.
 
“Apple iPad” planşetlərinin 2015-ci ilin ikinci rübündə dünya bazarına tədarükü bir il əvvəlki 13,3 milyonla müqayisədə 17,9 faiz azalaraq 10,9 milyon ədəd təşkil edib. Öz növbəsində “Samsung” şirkəti tədarükü 12 faiz - 7,6 faizədək azaldıb. Nəticədə "Apple” şirkətinin payı 27,7 faizdən 24,5 faizədək, “Samsung”un 18 faizdən 17 faizə qədər azalıb.
 
Əlavə edək ki, 2015-ci ilin birinci rübündə “Apple” və "Samsung”un tədarükü ikinci rübə nisbətdə daha çox azalıb (müvafiq olaraq 22,9 və 16,5 faiz).
 
İlk beşlikdə yalnız ABŞ və Cənubi Koreya şirkətlərinin tədarükü aşağı düşüb. “Lenovo” şirkətinin tədarükü 6,8, “Huawei”-in 103,6, “LG Electronics”-in 246,4 faiz artıb. Çinin “Huawei” şirkəti ilk beşliyə birinci dəfə daxil olub. Bütün tədarük həcminin 54 faizi ilk beşliyin payına düşüb. 2015-ci ilin birinci rübündə bu göstərici 58 faizə bərabər olub. İlk beşliyə daxil olmayan digər istehsalçıların ümumi tədarükü 9,3 faiz aşağı düşüb.
 
“IDC” analitikləri bunu izah edərək bildiriblər ki, dünya bazarına planşetlərin tədarükünün azalması böyük ekranlı smartfonlara tələbatın artması ilə əlaqədardır. Bundan başqa, istehlakçılar yeni planşet almaqdan imtina edərək istifadə etdikləri qurğuların proqram təminatını yeniləmək imkanın olmasına görə onların istifadə müddətini artırmağa üstünlük verirlər, - "CNews”  yazır.



Baxış sayı: 644

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024