12px13px15px17px
Tarix:30/07/15

“Windows 10” sisteminin çıxması internetin sürətini zəiflədə bilər

“Windows 10” əməliyyat sisteminin internetlə yayılması şəbəkə avadanlığı və rabitə kanallarında artıq yüklənməyə səbəb olur. “WCCF tech” şirkətinin ekspertləri platformanın işıq üzü görməsinin və kütləvi şəkildə yüklənməsinin dünyada internetin sürətində problemlər yarada biləcəyini istisna etmirlər.
 
“Microsoft” korporasiyası yenilənmələrin problemsiz paylanması üçün bütün iri şəbəkələrdə 40 Tbayt/saniyə tutumlu kanal ehtiyat edib. Lakin artıq iyulun 28-da gündüz bu kanalda yüklənmə 10 Tbayt/saniyəni ötüb və yeni regionlara qoşulduqca artmaqda davam edir.
 
Ekspertlərin fikrincə, “Windows 10” sayəsində "Microsoft” internet trafikinin həcmində rekord göstəriciyə nail olacaq. Onlar əmindir ki, həftə ərzində şəbəkədə yüklənmə çox yüksək olacaq və istifadəçilər internetdə yükləmələr zamanı fasilələrin yaranması və sürətin azalması ilə rastlaşa biləcəklər.  
Qeyd edək ki, yeni “Windows 10” əməliyyat sisteminin satışına iyulun 29-da başlanılıb.
 
“Windows 7” və “Windows 8.1” sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərdə yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq. Digər qurğular üçün nəzərdə tutulan “Windows 10”-nun bazara sonradan çıxarılacağı gözlənilir. Korporativ versiyalarda - “Windows 7” korporativ, “Windows 8/8.1” korporativ və “Windows RT/RT 8.1” korporativdə yenilənmələr pulsuz olmayacaq.
 
“Microsoft”-un əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayersonun sözlərinə görə, “Windows 10”-nun quraşdırılacağı qurğuların sayı 2018-ci maliyyə ilinədək 1 milyardı ötəcək.
 
“Windows 10”-da əvvəlki “Start” menyusu yenidən yer alacaq və “Cortana” səsli köməkçisi quraşdırılacaq. Onu səsli və ya mətnli komandalar vasitəsi ilə idarə etmək mümkün olacaq. “Cortana” həmçinin istifadəçinin “Windows” sistemli müxtəlif qurğularda işi bərpa etməyə imkan verəcək.
 
 “Windows Hello” biometrik identifikasiya sistemi kompüterə şəxsi mobil qurğularda biometrik autentifikasiyanın köməyi ilə parolsuz daxil olmağa imkan verəcək. Yeni platformada daha bir yenilik “Office 2016” ofis əlavəsi və “Microsoft Edge” brauzerinin quraşdırılmasıdır, - “Macdigger” yazır.



Baxış sayı: 502

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

04/06/20
“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub

Hələ 2015-ci ildə təqdim edilmiş “Microsoft Edge” brauzeri uzun müddət “Internet Explorer”in yeni tərtiba

04/06/20
“Samsung Galaxy Note 20 Ultra” modelinin ilk fotoşəkilləri dərc edilib

“SM-N986U” model nömrəli “Samsung” smartfonu bu yaxınlarda “Bluetooth SIG” təşkilatında sertifikasiyada

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.