12px13px15px17px
Tarix:31/07/15

Dünya informasiya təhlükəsizliyi sahəsində yüksəkixtisaslı kadrlara kəskin ehtiyac duyulur

2014-2015-ci ilin birinci yarısında informasiya təhlükəsizliyi sahəsində əmək bazarının ümumi vəziyyətində maraqlı faktlar qeydə alınıb.

Belə ki, son “The Dice Report” hesabatına görə, bu sahədə ən yüksək əməkhaqqı alan illik gəliri 230 min dollar təşkil edən informasiya təhlükəsizliyi üzrə mühəndislərdir. Lakin vəziyyətə ümumi nəzər salsaq əsas peşələr nəzərə alınmamaqla kibertəhlükəsizlik bazarında yüksəkixtisaslı kadrlara kəskin çatışmazlığın müşahidə edilməsini görərik.
 
“Gözlənildiyinə görə, sahədə işçi qüvvəsinə tələbat artıq 2019-cu ilin sonunadək 6 milyon vakansiyayadək artacaq, halbuki proqnozlaşdırılan defisit 1,5 milyon mütəxəssisdir”, - "Symantec” şirkətinin baş direktoru Maykl Braun bildirib.
 
Şimali Amerika və EMEA regionunda mindən çox İT mütəxəssisi arasında keçirilən “451 Research” tədqiqatına görə, informasiya təhlükəsizliyi üzrə direktorlar profilli layihələrin həyata keçirilməsi prosesində çoxlu çətinliklərlə qarşılaşırlar ki, bu da tabeçilikdə olan şəxslərdə zəruri bacarıqların (34,5 faiz) və ya müəssisələrdə lazımi mütəxəssislərin (26,4 faiz) olmaması ilə əlaqədardır. Yaranmış şərait nəzərə alınmaqla təşkilatların yalnız 24 faizi daxili informasiya resurslarının kompleks mühafizəsini öz gücləri ilə təmin etmək iqtidarındadır.
 
Mütəxəssislərin sözlərinə görə, qeyd olunanlar nəzərə alınsa, əksər ekspert və analitiklərin informasiya təhlükəsizliyi sahəsini növbəti yeddi il üçün ən perspektivli və tələbatın çox olduğu peşələrə aid etməsinin səbəbi məlum olur. Bundan başqa, 2022-ci ilədək bu peşə sahiblərinə tələbatın 36,5 faiz artacağı gözlənilir, - "CNews”  yazır. 
 
 
 



Baxış sayı: 1120

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024