12px13px15px17px
Tarix:31/07/15

“Fikir bankı”nda ən çox reytinq toplayan təklif və ən çox təklif olunan xidmət hansıdır?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hazırda “Elektron hökumət” portalındakı “Fikir bankı”nda ən çox reytinq toplayan təklifin və ən çox təklif olunan xidmətin adını açıqlayıb.
 
Vətəndaşın adına olan bütün kredit ödənişlərinin, cərimələrin, kommunal ödəmələrin portalda təqdim olunan “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidmətində əks olunması təklifi 11729 dəfə bəyənilib.
 
Ən çox təklif olunan isə “Mərkəzi Bankın kredit reyestr xidmətinin fərdi qaydada portalda yerləşdirilməsi” xidmətidir. Vətəndaşlar kredit tarixçələri ilə bağlı məlumatları banka  müraciət etmədən portal vasitəsi ilə əldə etmək və nəzarət etmək istəyirlər.
 
“Fikir bankı” üzərindən istifadəçilər tərəfindən təklif olunan diplom haqqında arayış, portalda “Mənim xidmətlərim” bölməsinin yaradılması, yaşayış yeri haqqında arayış, tibbi müayinə kartının onlayn sifarişi və digər xidmətlər isə artıq reallaşdırılıb.
 
“Elektron hökumət” portalının daha da təkmilləşdirilməsinə maraq göstərən internet istifadəçiləri “Fikir bankı” vasitəsi ilə təklif göndərmək üçün şəxsiyyət vəsiqəsi və ya “Facebook” hesabı ilə autentifikasiyadan keçməlidirlər.
 
CAHANGİR
 



Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024