12px13px15px17px
Tarix:03/08/15

“Alibaba” Çin alimləri ilə birlikdə kvant kompüter hazırlamağa başlayıb

“Alibaba Group” internet şirkəti Çin Elmlər Akademiyası ilə birlikdə kvant kompüter hazırlamağa başlayıb. Kompüterin hesablama gücü müasir superkompüterlərin gücünü trilyon dəfə üstələyəcək.
 
“Alibaba Group” ABŞ-ın “Google”, “Microsoft” və “IBM” şirkətlərindən sonra kvant kompüter hazırlamağa başlayan ilk Çin şirkətidir. İnternet nəhənginin texniki direktoru Van Tszyan bildirib ki, hazırda şirkətin layihədə iştirakı yalnız elmi maraqlarla əlaqədardır. “Biz hələ bu texnologiyadan kommersiya məqsədləri üçün necə istifadə edilməsini tam başa düşmürük”, - o qeyd edib.
 
Akademik Pan Tzsyanveyin fikrincə, özəl kapitalın dəstəklənməsi kvant kompüterin yaradılması prosesində böyük əhəmiyyət kəsb edir. “Bu sahədə mövcud tədqiqatların aparılmasına baxmayaraq Çinin ən yaxşı alimləri "Google” və “Microsoft” tərəfindən əməkdaşlığa cəlb edilir. Bu, texnologiyanın Çində inkişaf prosesini çətinləşdirir”, - alim vurğulayıb. Onun proqnozuna görə, Çin alimləri tərəfindən kvant kompüter yaxın 10-15 ildə yaradılacaq.
 
Kvant kompüterin adi kompüterdən fərqi ondan ibarətdir ki, nəzəri baxımdan o bir anda 1 milyona yaxın hesablama apara biləcəyi halda adi kompüter yalnız 1 əməliyyat həyata keçirə bilir. Məlum olduğu kimi, adi kompüter informasiyanı ikili kod adlandırılan sıfır və vahidlərin kombinasiyası ilə kodlaşdırır. Burada informasiya vahidi bit adlandırılır. Kvant kompüter sıfır və vahidin hesablanmasını super mövqe sayəsində eyni anda başa düşən kubitlərə malikdir. Təkcə bu məqamın nəzəri baxımdan kvant kompüterə üstünlük verəcəyi bildirilir, - “TASS”  yazır.



Baxış sayı: 258

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020