12px13px15px17px
Tarix:03/08/15

“Alcatel” şirkəti “OneTouch Conquest” ucuz smartfonunu təqdim edib

"Alcatel" ticarət markası "OneTouch Conquest" ucuz modelini təqdim etməklə smartfon çeşidini genişləndirib. Yeni cihaz dördüncü nəsil şəbəkəsini dəstəkləyir, su və toza qarşı dayanıqlıdır.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Alcatel OneTouch Conquest" smartfonu "IP67" standartı üzrə sertifikatlaşdırılıb. Belə ki,  qurğu 30 dəqiqə ərzində bir metr dərinliyində suda qala bilir.

Yeni qurğu 1,2 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon" prosessoru ilə təchiz edilib və "Android 5.0 Lollipop" mobil əməliyyat sistemi quraşdırılıb. Cihaz 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekrana və "Dragontrail Glass" qoruyucu şüşəsinə malikdir.
 
Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 1 və 8 QB təşkil edir. Məzmunu, həmçinin 32 QB tutumunda "microSD" daşıyıcılarında yadda saxlamaq olar. Əsas kamera 5 meqapiksellik təsvir sensoru, avtofokus və işıq diodu işıqlandırıcısına malikdir. Ön fotomodul 2 meqapiksellik matrisə malikdir.
 
Cihazın fiziki ölçüləri 141x72,3x9 mm, çəkisi 140 qramdır. Bundan başqa, telefon 2500 milliamper/saat tutumunda akkumulyator və "GPS", "LTE", "Wi-Fi" və "Bluetooth" simsiz rabitə modulları ilə təchiz edilib.
 
130 dollar məbləğində "Alcatel OneTouch Conquest" smartfonunun satışına artıq başlanılıb.
 
Emil Hüseynov
 



Baxış sayı: 638

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024