12px13px15px17px
Tarix:04/08/15

ABŞ korporasiyası “Uber” servisinə 100 milyon dollar investisiya yatırıb

ABŞ-ın “Microsoft” korporasiyası “Uber” xidmətinin maliyyələşdirilməsinin yeni raundunda iştirak edən şirkətlər sırasına daxil olub. Maliyyələşmənin yekunları üzrə taksi sifarişi servisinin dəyəri 50 milyard dollar qiymətləndirilib.
 
İyulun 31-də başa çatan investisiya sazişinə görə proqram təminatı istehsalçısı “Uber” servisinə 100 milyon dollar yatırıb. Servisə əvvəllər "Baidu”, “The Times Group” və “Goldman Sachs” kimi şirkətlər sərmayə qoyub.  
 
Məlumat üçün qeyd edək ki, 2009-cu ildə yaradılan “Uber” şirkətinin mobil əlavəsi taksi və ya fərdi sürücüləri axtarmağa, sifariş və ödəniş etməyə imkan verir. 2014-cü ilin dekabrında şirkət 1,2 milyard dollarlıq investisiya cəlb edib və onun dəyəri 41 milyard dollar qiymətləndirilib, - "DailyComm”  yazır. 



Baxış sayı: 444

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024