12px13px15px17px
Tarix:04/08/15

Pilotsuz uçan aparatlar dünyanı internetə qoşur

“Facebook” internet şirkəti planetin ucqar ərazilərinin internetə qoşulması üçün nəzərdə tutulmuş “Aquila” pilotsuz uçan aparatının aktiv sınaqlarına başlayıb. “Google” şirkəti, həmçinin hava şarlarından istifadəyə əsaslanan layihə hazırlayır, “Airbus” isə peyk vasitəsi ilə internet paylamağı planlaşdırır.

 
Şirkət “Aquila” pilotsuz təyyarəsini yaratmaq üçün yeni həllərdən istifadə edib. Belə ki pilotsuz uçuş aparatı lazerlərin köməyi ilə Yer planetindən və əksinə siqnal göndərməlidir.


 
Sınaqlar zamanı məlumatlar 10 Qbit/san sürətlə ötürülüb.

 
Sistem “Free Space Optica” (“FSO”) adlanır.
 
Pilotsuz uçan aparat təxminən 3 ay havada qalacaq. Dron günəş batareyaları ilə işləyən elektrik mühərrikinin köməyi ilə enerji toplayacaq. Bunun üçün təyyarə qanadının üst səthi günəş paneli ilə təchiz ediləcək.

 
“Aquila” pilotsuz uçan aparatının uçuş hündürlüyü 18300 metrdir. Bu, birincisi, pilotsuz təyyarənin başqa uçan aparatlarla toqquşmasına imkan verməyəcək, ikincisi, siqnalın böyük radiusda yayılmasını təmin edəcək. Zərurət olduqda dron 27400 metr hündürlüyə qalxacaq.
 
 
“Google”un hava şarları
 



 

“Google”, həmçinin hava üzərindən internetə qoşulma ilə bağlı öz layihəsini hazırlayır. “Facebook”-dan fərqli olaraq “Google” uzun müddətdir Yeni Zelandiya səmasında “Project Loon” layihəsini sınaqdan keçirir.
 
“Project Loon” layihəsi hava şarlarından istifadəni nəzərdə tutur. Hava şarları vasitəsi ilə Yer planetinə siqnal translyasiya ediləcək.
 
Belə layihələr internetə qoşulmanın rentabelliyini təmin etmək üçün hazırlanır, çünki planetin bütün ucqar ərazilərində mobil qüllələrin quraşdırılması iqtisadi cəhətdən məqsədə uyğun deyil.
 
“Loon” hava şarları artıq təcrübədə öz əhəmiyyətini sübut edib, zond sınaqlar zamanı öz ərazisini sabit internet siqnalla təmin edərək stratosferdə yarım il fəaliyyət göstərib. Hava şarları, həmçinin günəş enerjisi ilə işləyir.
 
“Google” indi “Loon” layihəsinin kommersiya istifadəsi üçün tərəfdaşlarla danışıqlar aparır.
 
 
OneWeb və Airbus peykləri




 

“OneWeb” şirkəti, həmçinin ucqar ərazilərin internetə qoşulması üzərində işləyir. Bu şirkətin tərədaşı “Airbus” şirkətinin aviakosmik bölməsi peyklərin istehsalı ilə məşğul olacaq.
 
“OneWeb” şirkəti orbitə 900 peyk buraxmağı planlaşdırır. Şirkətin planlarına görə, 2019-cu ilədək bu peyklər artıq insanların internetə qoşulmasını təmin edəcək.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 441

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024